Nigeriyanın Adamava əyalətində davam edən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 33 nəfərin həyatını itirdiyi bildirilib.
AZXEBER.COM xəbər verir ki, daşqından sonra xeyli insan itkin düşüb.
Adamava Nigeriya Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) baş katibi Məhəmməd Əmin Süleyman açıqlamasında hazırda əyalətdə təsirli olan leysan yağışların daşqınlara səbəb olduğunu bildirib.
O, daşqınlar nəticəsində 33 nəfərin həyatını itirdiyini, çoxlu sayda insanın itkin düşdüyünü qeyd edib.
Süleyman əlavə edib ki, əyalət hökuməti tezliklə daşqın qurbanlarına humanitar yardım paylamağa başlayacaq.
Ayşən