Bu ölkədə dəhşətli istilər səbəbindən ölənlərin sayı durmadan artır

Bu ölkədə dəhşətli istilər səbəbindən ölənlərin sayı durmadan artır
DÜNYA
15:52 19.06.2023
296
Son günlər Hindistanda anomal istilər səbəbindən həyatını itirənlərin sayı 166-ya yüksəlib.

AZXEBER.COM Hindistan mətbuatına istinadən xəbər verir ki, son günlər ölkədə davam edən qızmar istilər nəticəsində Uttar Pradeş əyalətində 119, Bihar əyalətində 47 olmaqla 166 nəfər həyatını itirib.

Uttar Pradeş ştatının Ballia şəhərində istidən xəstəxanaya aparılan insanlar tutumun aşıldığı, xəstəxananın meyitxanası dolu olduğu üçün qəbul edilməyərək ölənlərin yaxınları cənazələri evlərinə götürməli olublar. 
 
Uttar Pradeş əyalətinin baş naziri Yogi Adityanath kondisionerlərin və soyuducuların düzgün işləməsi üçün fasiləsiz enerjinin təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

Qeyd edək ki, Bihar əyalətinin paytaxtı Patnada bütün məktəblər iyunun 24-dək bağlanıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR