Bu ölkədə dövlət çevrilişi cəhdinin qarşısı alındı

Bu ölkədə dövlət çevrilişi cəhdinin qarşısı alındı
DÜNYA
15:50 19.01.2024
187
Burkina Fasoda hökuməti devirməyə cəhd edən dəstənin məhv edildiyi bildirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hökumət sözçüsü Jin-Emanuel Oudraqo verdiyi açıqlamada 14 yanvarda keçid hökumətinə qarşı çevriliş planlaşdıran dəstə üzvlərinin tutulduğunu açıqlayıb.

Oudraqo dövlət çevrilişinə cəhd edən dəstəyə çoxlu sayda hərbçi, mülki şəxs və fəalın cəlb edildiyini və istintaq prosesinin davam etdiyini qeyd edib.

Mövcud keçid hökumətinin lideri İbrahim Traore 30 sentyabr 2022-ci ildə çevrilişlə hakimiyyətə gələn polkovnik Paul-Henri Sandaqo Damibanı devirərək prezident kürsüsünə keçib.

Damiba da 2022-ci ilin yanvarında o vaxtkı prezident Roch Mark Christian Kabore-i devirərək hakimiyyəti ələ keçirib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR