Bu ölkədə əhali 30 faizə qədər azalacaq

DÜNYA
01:53 02.09.2015
1391

BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamenti Bolqarıstan əhalisinin 2050-ci ildə 27,9 faiz azalacağı barədə məlumat yayıb. 
Məlumatda qeyd olunur ki, 35 ildən sonra Bolqarıstan əhalisi (hazırda 7 milyon 152 min nəfərdir) 5 milyon 154 min nəfərə kimi azalacaq. 2100-ci ildə isə Bolqarıstanda yalnız 3 milyon 406 min insan yaşayacaq. Bolqarıstandan sonra ikinci yerdə Rumıniya dayanır. Rumıniya əhalisi 2050-ci ildə 22,1 faiz azalacaq. Rumıniyadan sonra bu siyahıda Ukrayna, Moldova, Bosniya və Herseqovina, Latviya, Litva, Serbiya, Xorvatiya, Macarıstan, Yaponiya, Belarus, Polşa, Estoniya, Gürcüstan və Yunanıstan kimi dövlətlərin adlarına rast gəlmək olar. (Azərtac)
OXŞAR XƏBƏRLƏR