İspaniyanın məşhur istirahət şəhəri sayılan Malyorkada əcnəbi turistlərə qarşı ictimai etirazlar öz nəticəsini verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, etirazlar nəticəsində turistlərin sayı 40 faiz azalıb və restoranlar bağlanmaq məcburiyyətində qalıb.
Səyahət agentliklərini təmsil edən Aviba Qrupunun sədri Pedro Fiol xüsusilə Böyük Britaniya və Almaniyadan gələnlərin sayında nəzərəçarpacaq dərəcədə azalma olduğunu qeyd edib.
Mayorka Otelçilər Federasiyası (FEHM) həmçinin Soller və Capdepera kimi adətən izdihamlı turist şəhərlərində belə doluluq nisbətlərinin azaldığını açıqlayıb.
Xatırladaq ki, yyun ayında yüzlərlə nümayişçi Palma küçələrində aşırı turizmə son qoymağa çağırıb.
Əllərində "Kütləvi turizmə yox” və "Şəxsi təyyarələrə qadağa” yazılmış plakatlar tutan etirazçılar turizmin təzyiqinin yerli həyata mənfi təsir etdiyini bildirib.
Ötən ilin iyulunda təxminən 10 min insanın iştirakı ilə oxşar nümayiş keçirilib.