Bu ölkədə əhaliyə xəbərdarlıq edildi - Heyvanlarda quduzluq aşkarlandı

Bu ölkədə əhaliyə xəbərdarlıq edildi - Heyvanlarda quduzluq aşkarlandı
DÜNYA
16:38 11.08.2021
1142
Heyvanlarda quduzluq aşkarlandı, əhaliyə xəbərdarlıq edildi.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Polşanın Mazowsze bölgəsində 40 heyvanda quduzluq aşkarlanıb.

Quduzluğun görüldüyü ərazilərdə vətəndaşlar üçün xəbərdarlıq nişanları asılıb və ovçulara ov etmək qadağan edilib. 

Bu hal daha çox tülkü, yarasa, it və pişiklərdə görülüb. Otwock, Minsk Mazowiecki, Garwolin, Radom şəhərlərində, eləcə də Varşavanın Wesola və Wawer bölgələrində aşkarlanan quduzluq hallarından sonra, bir çox ərazilərə, xüsusən də yol kənarları və meşələrdəki yürüş yollarına, "Diqqət!”, "Quduzluq riski" kimi xəbərdarlıq nişanları yerləşdirilib.

Bölgədə quduzluğun əsas səbəbi heyvanların vəhşi həyat sürmələridir. Bu səbəbdən, mart, may və iyul aylarında peyvənd kampaniyası aparılıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR