İranda 7 kiloqramlıq uşaq dünyaya gəlib.
AZXEBER.COM İran mətbuatına istinadən xəbər verir ki, İranın Məşhəd şəhərində ana 7 kiloqram çəkidə körpə dünyaya gətirib. Körpənin normadan artıq çəki ilə dünyaya gəlməsinin səbəbinin ananın şəkər xəstəliyinə tutulması ola biləcəyi təxmin edilir.
İranın "ən ağır" körpəsinin keysəriyyə ilə doğulduğunu, körpənin ailənin 5-ci övladı olduğunu deyən iranlı həkim onun cinsi və adı ilə bağlı məlumat verməyib.
Günel