İngiltərədə evsiz ailələrin sayı son 25 ilin ən yüksək həddinə çatıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyanın Mənzil Departamentinin məlumatına görə, 79 840 ailə evsizlik probleminə görə yerli icra hakimiyyət orqanlarına müraciət edib. Məlumata görə evsiz insanların yarıdan çoxu Londonda yaşayır.
Digər tərəfdən, 104 510 ailə evsizlik problemini həll etmək üçün verilən müvəqqəti yaşayış yerlərində qalıb ki, bu da əvvəlki illə müqayisədə 10 faiz artım deməkdir.
Ölkədəki "Sığınacaq" adlı xeyriyyə təşkilatı özəl sektora təzyiqləri aradan qaldırmaq üçün hökuməti daha sərfəli sosial evlər tikməyə çağırıb.
Şəbnəm