Bu ölkədə gənclər üçün "qocalar evi" açıldı

Bu ölkədə gənclər üçün "qocalar evi" açıldı
DÜNYA
16:07 10.02.2026
290
Malayziyada, gənclər üçün "Z nəsli qocalar evi" adlandırılan  sağlamlıq mərkəzi açılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mərkəzdə tükənmişlik yaşayan gənclər müalicə olunacaq.
 
20 və 30 yaşlarında olan gənclərə xidmət göstərən mərkəzdə, şəhər və iş stresslərindən uzaq, təbiətdə daha yavaş və daha balanslı bir həyat qurmağın yolları öyrədilir.
 
Təxminən ayda 430 dollar ödəməklə şəxslər istirahət, zehni sağlamlıq və icma həyatına yönəlmiş bir mühitdə qala bilərlər.
 
Layihə, karyera yönümlü həyatdan daha çox rifaha üstünlük verən yeni bir gənclik trendini əks etdirir.
 
Aysel
OXŞAR XƏBƏRLƏR