Çinin Tianjin şəhərində yerin çökməsi nəticəsində yollarda dərin çöküntülər əmələ gəlib, binaların uçacağından qorxan minlərlə insan evlərindən evakuasiya edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, alimlər müəmmalı hadisənin səbəbini anlamağa çalışırlar.
Son günlər şəhərdə böyük çökmələr olduğu halda, hündürmərtəbəli binaların yerləşdiyi ərazilərdə yollarda dərin çatlar əmələ gəlib. Digər tərəfdən, Tianjin administrasiyası "qəfil geoloji fəlakət" olaraq xarakterizə etdiyi hadisənin 1300 metr dərinlikdə yeraltı çuxurların çökməsinin səbəb olduğu düşünüldüyünü bildirib.
"Global Times” qəzeti ötən həftədən bəri üç ayrı 25 mərtəbəli binadan 4 minə yaxın insanın evlərindən evakuasiya edilərək otellərə yerləşdirildiyini və bir çox insanın şəhəri tərk etdiyini bildirib.
Belə geoloji hadisələrin çox nadir olduğunu qeyd edən mütəxəssislər hadisənin bölgədəki geotermal quyuların qazıntıları nəticəsində baş verə biləcəyinə diqqət çəkiblər.
Ayşən