Bu ölkədə güclü yağışla bağlı xəbərdarlıq edildi

Bu ölkədə güclü yağışla bağlı xəbərdarlıq edildi
DÜNYA
15:35 04.07.2024
154
Son illərin ən quraq yayını keçirən Yunanıstanın paytaxtı Afina üçün güclü yağış xəbərdarlığı edilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yunanıstan İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, bölgə əhalisinin telefonlarına göndərilən mesajda vətəndaşlara axşam saatlarında başlaması gözlənilən leysan yağışı ilə bağlı xəbərdarlıq edilib.

Mesajda vətəndaşlardan diqqətli olmaları, mümkün qədər çölə çıxmamaları və xəbərdarlıqlara əməl etmələri xahiş olunub.

Qeyd edək ki, Yunanıstan Meteorologiya İdarəsinin bu həftə açıqladığı hesabatlarda bu ilin 2007-ci ildən bəri ən quraq, 2010-cu ildən bəri isə ən isti iyun ayı olduğu deyilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR