Dominikan Respublikasında güclü yağışların səbəb olduğu daşqınlarda 21 nəfər ölüb
AZXEBER.COM xarici mediaya istinadən xəbəe verir ki, Fövqəladə Hallar Mərkəzindən verilən açıqlamada noyabrın 17-dən etibarən davam edən leysanın insanların can və mal itkisinə səbəb olduğu bildirilib.
Güclü yağışların səbəb olduğu daşqınlarda indiyədək 4-ü ABŞ, 2-si Haiti vətəndaşı olmaqla 21 nəfərin həyatını itirdiyi bildirilib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi ölkədə ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar var.
Dominikan Respublikasının Prezidenti Luis Abinader təbii fəlakət nəticəsində həyatını itirənlər üçün 3 günlük milli matəm elan etdiklərini açıqlayıb.
Qeyd edək ki, 1583 ev daşqınlardan zərər çəkib, 7 915 nəfər təhlükəsiz bölgələrə köçmək məcburiyyətində qalıb. Yağış bir çox rayonları işıqsız qoyub.
Ayşən