Nigeriyanın cənubundakı İmo əyalətində aralarında əsgər və polisin də olduğu təhlükəsizlik işçilərini daşıyan avtomobilə silahlı hücum nəticəsində 8 nəfər həyatını itirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, bu cür hücumlar vaxtaşırı ölkənin cənubundakı separatçı Biafra Yerli Xalqları tərəfindən həyata keçirilib.
İmo əyalət polisinin sözçüsü Henri Okoye hücumu təsdiqləyib və hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini və araşdırmaya başlanıldığını bildirib.
Qeyd edək ki, 1967-ci ildə Biafra əhalisi Nigeriyanın cənubunda müstəqil Biafra dövlətini qurmaq üçün üsyan edəndə başlayan vətəndaş müharibəsində milyonlarla insan həyatını itirib. 1967-ci ildə ölkənin cənub-şərqində qurulan Biafra Respublikası vətəndaş müharibəsinin sonunda yenidən Nigeriyanın suverenliyinə keçib. Nigeriya dövlətinin terror təşkilatı elan etdiyi İPOB müstəqil dövlət qurmaq istəyir.
Mikayıl