Bu ölkədə hərbi vəziyyət elan olundu

Bu ölkədə hərbi vəziyyət elan olundu
DÜNYA
11:45 31.12.2025
124
İranın Həmədan vilayətinin Əsədabad şəhərində repressiv qüvvələr insanlara atəş açıb.

AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, bölgədə hərbi vəziyyət elan olunub.

Məlumata görə, Həmədanın bəzi bölgələrində hökumət qüvvələri səsgücləndiricilərlə vəziyyətin normal olmadığını və hər kəsin mağazaları bağlayaraq evlərinə getməli olduğunu elan ediblər.

Qeyd edək ki, İranda etirazlar ölkə valyutasının kəskin dəyər itirməsi və sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda baş verir. Bəzi ərazilərdə etirazlar iğtişaşlarla müşayiət olunur.
OXŞAR XƏBƏRLƏR