Bu ölkədə həyəcan siqnalı verildi - Güclü qar yağacağı gözlənilir

Bu ölkədə həyəcan siqnalı verildi - Güclü qar yağacağı gözlənilir
DÜNYA
12:33 17.01.2024
245
Almaniyada "qırmızı həyəcan siqnalı” verilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, buna səbəb yağış, ardınca isə güclü qar yağacağı olub.
 
Frankfurt və Münhendə iki gün təyyarələr uçmayacaq.

Soyuq dalğadan donan yağış damcıları yolları xizək enişlərinə çevirir və hər tərəf buz qatı ilə örtülür.
 
İki gün ərzində, yanvarın 17 və 18-də Almaniyanın mərkəzi və cənub bölgələri buz və qarın təsiri altında olacaq.
 
Xüsusilə Münhen və Frankfurt hava limanlarında bir çox reyslərin ləğv ediləcəyi bildirilib.

Uçuşlu sərnişinlərdən hava limanına yola düşməzdən əvvəl uçuşlarını yoxlamaq və məlumat almaları xahiş olunub.

Münhen və Frankfurtda bütün qısa və uzun məsafəli uçuş cədvəlləri əhəmiyyətli dərəcədə azaldılıb.

Frankfurt və ətraf ərazilərdə çərşənbə günündən başlayaraq qısa müddətdə 40 sm-ə qədər qar yağacağı gözlənilir.

Buna görə də bir çox rayonlarda məktəblər bağlanıb. Şiddətli buzlaqdan sonra Hessen əyalətinin mərkəzi və qərb hissələri qarın təsiri altında qalacağı üçün ictimaiyyətdən diqqətli olmaları xahiş olunub.
 
Güclü qarın ağırlığından ağacların aşması, nəqliyyat vasitələrinə və sərnişinlərə ziyan vura biləcəyi bildirilir. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR