Bu ölkədə heyvan ətinin satışına qadağa qoyuldu - SƏBƏB

Bu ölkədə heyvan ətinin satışına qadağa qoyuldu - SƏBƏB
DÜNYA
13:32 03.06.2022
441
Nigeriya meymunçiçəyinin yayılmasının qarşısını almaq üçün vəhşi heyvan ətinin satışını qadağan edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyanı dərindən sarsıdan koronavirus epidemiyasından sonra ortaya çıxan meymunçiçəyi virusu indiyədək 30 ölkədə 550 nəfərdə görülüb.
 
Digər tərəfdən, virusun qadağası ilə bağlı ilk xəbər Nigeriyadan gəlib. Hökumət virusun yayılmasının qarşısını almaq üçün vəhşi heyvan ətinin satışını qadağan edib. 

Ölkənin Kənd Təsərrüfatı Naziri Məhəmməd Əbu Bəkr ölkədəki bütün vəhşi heyvan ovçularına və ticarətçilərinə işlərini dayandırmağı əmr edib.

İndiyədək 30 yoluxmanın görüldüyü ölkədə virusdan ilk ölüm mayın sonunda qeydə alınıb.
 
Ölkə daxilində siçan, antilop, çöl donuzları, ilan və şimpanze kimi heyvanların ətlərinin satıldığı bir çox bazar var. Virusun vəhşi heyvan ətinin istehlakı ilə ötürüldüyünə dair heç bir sübut olmasa da, qərarın ehtiyat məqsədli olduğu bildirilir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR