Hollandiyanın Kənd Təsərrüfatı Naziri Piet Adema qoyun və mal-qara üçün təhlükəli olan mavi dil xəstəliyinin yayıldığını bildirərək "sürətlə yayılır" xəbərdarlığını edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mavi dil xəstəliyi "kiçik, qan əmici ağcaqanadlar tərəfindən ötürülən heyvan xəstəliyi” kimi tanınır və mal-qara və gövşəyən heyvanlarda müşahidə olunur.
Xəstəlik digər əlamətlər arasında iştahsızlıq, yüksək hərarətə səbəb olur və bəzən heyvanın ölümünə səbəb ola bilər.
Bildirilir ki, mavi dil xəstəliyinin törədicisi insanlar üçün təhlükəli deyil və heyvanlardan insanlara keçmir.
Ayşən