Kolumbiyada hökumət keçmiş İnqilabçı Silahlı Qüvvələrinin üzvlərindən ibarət qruplaşma ilə atəşkəsi dayandırıb.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İvan Velaskes mətbuata açıqlamasında bildirib.
Ordunun yeni təyin olunmuş generalı ölkə daxilində bu şəbəkəyə qarşı bütün hücum əməliyyatlarının yenidən başlaması üçün lazımi əmri verib.
Digər tərəfdən, Prezident Qustavo Petro sosial media hesabında davam edən əməliyyatlara toxunaraq onları məhv edəcəklərini deyib.
Qeyd edək ki, Kolumbiya hökuməti ilə silahlı qruplaşmalar arasındakı atəşkəs 2016-cı il noyabrın 24-də imzalanıb.
Ölkə mətbuatının məlumatına görə, silahlı qruplaşmanın 3500-dən çox üzvü olan Venesuela və Ekvadorda, eləcə də Kolumbiyanın qərbində, fəaliyyət göstərir və narkotik, qaçaqmalçılıq və qəsb yolu ilə maliyyələşməni təmin edir.