Bu ölkədə iqtisadi vəziyyət pisləşdi - Bir günlük neft ehtiyatı qalıb

Bu ölkədə iqtisadi vəziyyət pisləşdi - Bir günlük neft ehtiyatı qalıb
DÜNYA
23:42 17.05.2022
838
Şri-Lankada neft ehtiyatı tükənib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın Baş naziri Ranil Vikremesinqhe ölkə iqtisadiyyatı ilə bağlı danışarkən deyib.

Vikremesinqhe nağd pul qıtlığının olduğunu və iqtisadi vəziyyətin təhlükəli hala gəldiyini bildirib:

"Neft ehtiyatımız bitib. Hazırda bizim cəmi bir günlük neft ehtiyatımız var”.

Ölkənin yaxın günlərdə daha pis şərtlərlə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edən baş nazir həmçinin Şri Lanka Hava Yollarının özəlləşdirilməsinin lazım olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR