Bu ölkədə İslam dininə qadağa qoyuldu

DÜNYA
13:08 26.11.2013
947

Anqolada İslam dininə qadağa qoyuldu.

AZXEBER.COM xəbər verir ki, bu barədə Mərakeşin “La Nouvelle Tribune” qəzeti məlumat yayıb.Bildirilir ki, Anqola hökuməti radikal İslamı bəhanə edərək ölkədə bu dinə qadağa qoyub və məscidlərə kilid vurub.Anqolanın mədəniyyət naziri Rosa Kruz açıqlamasında bildirib ki, İslamın qanuni statusu Ədalət və İnsan Haqqları Nazirliyi tərəfindən qəbul edilməyib və məscidlər də növbəti açıqlamaya qədər bağlı qalacaq.Paytaxt Luandanın meri Francisko Bento isə hökumətin məscidlərin qanuni statusunun qəbul etməyə hazır olmadığını açıqlayıb.Məlumata görə, artıq məscidlərdən birinin minarəsi, başqa bir məscid isə tamamilə sökülüb.Qeyd edək ki, 18,5 milyon əhalisi olan Anqola 95 faizi xristiandır. Ölkədə 80-90 müsəlman yaşayır.

OXŞAR XƏBƏRLƏR