Çində universitetlər karantinə alınıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çinin cənubundakı Fucien əyalətinin mərkəzi Fucou şəhərində Covid-19 yoluxmasının artması səbəbindən universitetlərin karantinə alındığı bildirilib.
Belə ki, epidemiyaya qarşı mübarizə və profilaktik tədbirlər çərçivəsində şəhərdəki 36 universitet və kollec şəhərciyinə giriş-çıxış qadağan edilib, məktəblər isə həftə sonuna qədər bağlanıb.
Fucou Təhsil Departamentinin direktoru You Shin verdiyi açıqlamada yataqxanalarda yaşayan tələbələr və müəllimlərin çölə çıxa bilməyəcəklərini, kampusdan kənarda yaşayanların isə girişinə qadağa qoyulacağını bildirib.
Ayşən