Bu ölkədə koranavirusdan çox vəba sürətlə yayılır

Bu ölkədə koranavirusdan çox vəba sürətlə yayılır
DÜNYA
13:12 09.08.2021
1046

Koranavirusdan sonra indi də vəba epidemiyası surətlə yayılır.

AZXEBER.COM Qərb mediasında istinadən xəbər verir ki, Nigeriyanın Katsina əyalətində vəba epidemiyası səbəbindən 60 nəfər ölüb.

Məlumata görə, hazırda Nigeriyada 1400 nəfərə vəba diaqnozu qoyulub. Ölkənin səhiyyə nazirliyi vəba epidemiyasının Katsina əyalətində sürətlə yayıldığını və epidemiyanın yaxın günlərdə digər əyalətlərə keçəcəyini bildirib.

Nazirlik bölgələrə təcili dərman və tibbi ləvazimatların göndərildiyini bildirərək, bölgə sakinlərini epidemiyaya qarşı tədbir görməyə çağırıb. Təmiz suya olan ehtiyacın ödənilməməsi və vaxtında effektiv tibbi müdaxilələrin edilməməsi Nigeriyada ölüm riskini artırır. Bu səbəbdən,ölkədə malyariya, poliomielit, tifo və meymunçiçəyi kimi epidemiyalara tez -tez rast gəlinir.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR