Bu ölkədə koronavirus peyvəndinin yaşı 5-ə endirildi

Bu ölkədə koronavirus peyvəndinin yaşı 5-ə endirildi
DÜNYA
12:20 09.09.2021
1233
Slovakiyada COVİD-19 peyvəndinin yaşı 5-ə endirilib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, koronavirusla mübarizədə qalib gəlmək istəyən ölkələr peyvənd üçün yaş həddini aşağı salmağa davam edərkən, Slovakiya da bənzər bir addım ataraq peyvənd yaşını 5-ə endirdiyini açıqlayıb.

Koronavirusun əsiri olmaq istəməyən ölkələr peyvənd tətbiqlərini sürətləndirərək yenidən virusa qalib gəlməyi hədəfləyirlər, bu ölkələr arasında Slovakiya da var.

Ölkədə könüllü olaraq hazırlanan COVİD-19 peyvəndinin 5 yaşdan yuxarı uşaqlar üçün vurulmasına görə valideynlərin, pediatrın və ya mütəxəssis həkimlərin razılığı alınacaq.

Onu da qeyd edək ki,Slovakiyada koronavirus peyvəndinin 3-cü dozası üçün hazırlıqlara başlanıb.

İki dozalı koronavirus peyvəndindən 8 ay keçən insanların üçüncü dozaya sahib ola biləcəyi, üçüncü dozanın prioritet qrupuna tibb işçiləri, xroniki xəstəlikləri olanlar, müəllimlər və qocaların daxil olacağı məlum olub.

Slovakiyada epidemiyanın başlanmasından bəri 396 min 904 yoluxma halı aşkar edilib, 12 min 553 nəfər virus səbəbiylə ölüb.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR