Bu ölkədə koronavirusa görə yataq qıtlığı yaşanır

Bu ölkədə koronavirusa görə yataq qıtlığı yaşanır
DÜNYA
14:18 14.09.2021
717

Yaponiya koronavirus xəstələrinə görə yataq qıtlığı yaşayır.

AZXEBER.COM xəbər verir ki, Yaponiya hökuməti koronavirusun "Delta” ştammının artmasından sonra xəstəxanalarda yataqların sayında kütləvi azalmaların olduğunu açıqlayıb.

Səhiyyə Nazirliyi yataq tutumunu artırmaq üçün müxtəlif üsullar tətbiq etməyə çalışır.

Belə ki, paytaxt Tokio da daxil olmaqla 47 əyalətdən ən azı 25-də COVİD-19 xəstələrinin yerləşdirilməsi və müalicəsi üçün müvəqqəti mərkəzlər yaradılıb.

Fukui əyalətində bir idman zalı müvəqqəti xəstəxanaya çevrilib, Ehime əyalətində isə COVİD-19 xəstələri otellərdə müalicə edilir.

Hazırda bu ölkədə koronavirusa 2 milyona yaxın insan yoluxub. Virusdan ölənlərin sayı isə 16 min 721-ə yüksəlib.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR