Bu ölkədə koronavirusa yoluxanlar karantinə alınmayacaq

Bu ölkədə koronavirusa yoluxanlar karantinə alınmayacaq
DÜNYA
13:53 05.04.2022
911
Mayın 1-dən Almaniyada COVİD-19 testi müsbət çıxanlara tətbiq edilən karantin məhdudiyyəti qaldırılacaq. 
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyada COVİD-19 pandemiyasında PCR testi müsbət çıxanlara tətbiq edilən karantin məhdudiyyətinin mayın 1-dən etibarən qaldırılacağı açıqlanıb.
 
Almaniyanın Səhiyyə Naziri Karl Lauterbach keçirdiyi mətbuat konfransında karantin tətbiqində yeni bir tənzimləmə etdiklərini söyləyib.
 
Mövcud təcrübələrin davam etdirilə bilməyəcəyini ifadə edən Lauterbach mayın 1-dən etibarən COVİD-19-a yoluxanların və onlarla təmasda olan şəxslərin karantinin əsasən könüllülük əsasında olacağını qeyd edib.
 
Səhiyyə sahəsində çalışanlar istisna olmaqla, hamıya 5 günlük karantin üçün təcili məsləhət verəcəklərini qeyd edən Lauterbach tibb işçiləri üçün karantinə girmə öhdəliyinin davam edəcəyini söyləyib.
 
Səhiyyə naziri Lauterbach qeyd edib ki, COVİD-19-a yoluxmuş və karantinə alınan tibb işçiləri 5 gündən sonra PCR testinin mənfi nəticəsi ilə karantini başa vura bilərlər.
 
Lauterbach həmçinin epidemiyanın gedişatının nikbin olduğunu bildirib: "Görünür, dönüş nöqtəsinə çatmışıq. Xəstəliklərin sayı azalır, lakin ölkədə təhlükənin keçdiyini söyləmək iqtidarında deyilik”.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR