Nigeriyada küçəyə çıxmaq qadağası ləğv edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Nigeriyanın Zamfara əyalətində təhlükəsizlik problemləri səbəbilə 3 bölgədə elan edilən qadağa ləğv edilib.
Zamfara Əyalətinin İnformasiya Müvəkkili Alhaji İbrahim Dosara verdiyi açıqlamada, əyalətdə təhlükəsizliyin bərpası səbəbilə sentyabrın 14-də Anka, Bukkuyum və Qummi bölgələrində elan edilən küçəyə çıxma qadağasının ləğv edildiyini bildirib.
Bölgələrdəki məktəblərin yenidən açıldığını deyən Dosara hökumətin əyalətdəki bütün siyasi fəaliyyətlərin bərpası üçün icazə verildiyini də bildirib.
Ayşən