Cənubi Afrika Respublikasında Kovid-19-un "Omikron" variantının alt törəməsi olan Eris (EG.5.1) virusunun aşkar edildiyi açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamada Cənubi Afrikalılar koronavirusa qarşı peyvənd olunmağa çağırılıb.
ÜST avqustun 9-da Eris variantı ilə bağlı hesabat dərc edib.
Mövcud sübutlara əsasən, virusun yaratdığı ictimai sağlamlıq riski digər mövcud Covid-19 variantları üçün ən vacib risk kimi qiymətləndirilib.
Erisin xüsusiyyətlərindən asılı olaraq qlobal miqyasda yayıla və hadisələrin artmasına səbəb ola biləcəyi də qeyd edilib.
Mikayıl