Bu ölkədə küçəyə çıxmaq qadağasını pozan 15 nəfər öldürüldü

DÜNYA
15:33 03.06.2020
520
Keniyada çölə çıxmaq qadağasına məhəl qoymayan 15 nəfər polis tərəfindən öldürülüb.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, Keniyada koronavirus səbəbindən müəyyən saatlarda çölə çıxmaq qadağası qoyulub.
 
Buna əhəmiyyət verməyərək çölə çıxan 15 vətəndaş polis tərəfindən öldürülüb. Axtarışlar zamanı polisin eyni zamanda 31 şəxsə qarşı işgəncə verdiyi məlum olub. Hadisəylə bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Keniyada bu vaxta kimi 2 min 93 nəfər koronavirusa yoluxub.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR