Bu ölkədə öldürücü virus yayılıb: Daha əvvəl də yüzlərlə can alıb

Bu ölkədə öldürücü virus yayılıb: Daha əvvəl də yüzlərlə can alıb
DÜNYA
11:12 01.03.2023
219
İlk dəfə fevralın 14-də Ekvatorial Qvineyada qeydə alınan Marburq virusu can almaqda davam edir.
 
AZXEBER.COM xarici kiv-ə istinadən xəbər verir ki, dəhşətli virusdan daha 2 nəfər həyatını itirib və ümumilikdə virusdan ölənlərin sayı 11-ə yüksəlib.

Həyatını itirənlərlə təmasda olan 48 nəfəri müəyyən etdiklərini bildirən Qvineyanın səhiyyə naziri təmasda olan 7 nəfərin müşahidə altında saxlanıldığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı ölkənin qərb hissəsindəki Kie-Ntem əyalətində fevralın 14-də azı 9 kişinin ölümündən sonra viral hemorragik qızdırma testlərinin müsbət çıxdığını açıqlayıb.
 
Ebolaya yaxın virus olan Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkarlanıb.

Meyvə yarasaları vasitəsilə yoluxan Marburq virusu insanlar arasında bədən mayeləri və ya yoluxmuş şəxslərin təması zamanı yayılır. İnfeksiyaya yoluxmuş şəxslərdə yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi əlamətlər birdən-birə baş verir və bir çox xəstələrdə 7 gün ərzində ağır hemorragik simptomlar inkişaf edir.

Peyvəndi və ya xüsusi müalicəsi olmayan Marburq virusunun ölüm nisbəti yüzdə 23-90 arasında dəyişir.

Qeyd edək ki, 2005-ci ildə Anqolada Marburq virusunun yayılması zamanı virusa yoluxan 252 nəfərin 90 faizi ölüb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR