Bu ölkədə məktəblərdə mobil telefondan istifadə qadağan edildi

DÜNYA
17:43 25.02.2025
206
Danimarka hökuməti tələbələrə dərslərdə smartfonlardan istifadəni qadağan edəcək. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ölkənin təhsil naziri Mattias Tesfaye ekran asılılığı ilə mübarizə və tələbələrin diqqətini artırmaq üçün qanuna dəyişiklik edəcəklərini açıqlayıb. 

Yeni tənzimləmə çərçivəsində tələbələr nə dərs zamanı, nə də tənəffüs zamanı əl telefonlarından və şəxsi planşetlərindən istifadə edə bilməyəcəklər.

Mədəniyyət naziri Jakob Engel-Şmit ekran asılılığının uşaqların inkişafına zərər verdiyini ifadə edərək, "Mən inanıram ki, smartfonlar bir çox uşaqlarımızın uşaqlığını oğurlayır" deyib. 

Hökumətin planı gənclərin rifahı üzrə komissiyanın tövsiyələrinə əsaslanır və bu komissiya smartfon istifadəsinin 13 və daha yuxarı yaşda olanlar üçün məhdudlaşdırılmasını tövsiyə edir.

Mikayıl
OXŞAR XƏBƏRLƏR