Bu ölkədə "meymunçiçəyi" tapıldı - Prezidentdən xəbərdarlıq

Bu ölkədə "meymunçiçəyi" tapıldı - Prezidentdən xəbərdarlıq
DÜNYA
23:33 23.05.2022
1151
Amerika Birləşmiş Ştatlarında meymun çiçəyinə ilk yoluxma halı aşkarlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında meymun çiçəyi virusuna ilk yoluxma faktı aşkar edilib. 

Səlahiyyətlilər tərəfindən verilən ayrıca açıqlamada sözügedən şəxsin təcrid olunduğu və müalicəsinə başlanıldığı bildirilib.

ABŞ prezidenti Co Bayden də meymun çiçəyi epidemiyasından danışıb.
 
Meymunçiçəyi epidemiyasının insanları panikaya saldığını qeyd edən Bayden hər kəsin bu virusdan narahat olmalı olduğunu bildirib:

"Hər kəs bu epidemiyadan narahat olmalıdır. Səhiyyə işçiləri və dövlət rəsmiləri mümkün müalicə və peyvənd üsulları üzərində işlərini davam etdirir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı indiyədək 80 meymun çiçəyi yoluxmasını təsdiqləyib, 50 yoluxma isə hələ də araşdırılır.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR