Bu ölkədə meymunçiçəyindən ilk ölüm halı qeydə alındı

Bu ölkədə meymunçiçəyindən ilk ölüm halı qeydə alındı
DÜNYA
18:35 02.09.2022
274
Belçikada meymunçiçəyi xəstəliyindən ilk ölüm halı qeydə alınıb.

Bu barədə Belçikanın "Sciensano" İctimai Səhiyyə İnstitutunun həftəlik hesabatında deyilir.

"Bu günə qədər, meymunçiçəyi xəstəliyinə yoluxmuş bir ölüm halı qeydə alınıb. Ölən şəxsin başqa xəstəlikləri də olub", - deyə hesabatda bildirilir.

Qeyd edilir ki, hazırda ölkədə meymunçiçəyinə 706 yoluxma halı təsdiqlənib.
 
///Trend
OXŞAR XƏBƏRLƏR