Bu ölkədə meymunçiçəyinə yoluxma sayı 1 200-ü keçib

Bu ölkədə meymunçiçəyinə yoluxma sayı 1 200-ü keçib
DÜNYA
23:02 01.07.2022
449
Böyük Britaniya səlahiyyətliləri meymunçiçəyinə 159 yeni yoluxma qeydə alınıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) elan edib.

Bununla da onların ümumi yoluxma sayı 1 235-ə çatıb.

Ən çox yoluxma sayı İngiltərədə aşkar edilib. Şotlandiyada 34, Uelsdə 10, Şimali İrlandiyada 6 xəstə var.

Xəstələrin böyük əksəriyyətinin kişilər olduğu bildirilir. Bu günə qədər ölkədə yaşayan yalnız beş qadının qanında virus aşkar edilib. Xəstələrin orta yaşı 37-dir.
OXŞAR XƏBƏRLƏR