Bu ölkədə meymunçiçəyinin yeni ştamı tapıldı

Bu ölkədə meymunçiçəyinin yeni ştamı tapıldı
DÜNYA
22:47 02.09.2022
339
Böyük Britaniyalı həkimlər meymunçiçəyinin yeni ştamına yoluxma halı aşkar ediblər.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, ilkin məlumata görə, Liverpul Kral Universitetinin xəstəxanasına çatdırılan yoluxmuş şəxs bu yaxınlarda Qərbi Afrika ölkələrindən birinə səfər edib.

Qeyd olunub ki, söhbət Böyük Britaniyada müşahidə olunan cari epidemiya üçün xarakterik olmayan ştamdan gedir.

Ümumilikdə, sentyabrın əvvəlinə Böyük Britaniyada 3,4 min meymunçiçəyinə yoluxma hadisəsi aşkar edilib.
OXŞAR XƏBƏRLƏR