Bu ölkədə naməlum xəstəlik yayılıb - 53 nəfərin həyatına son qoydu

DÜNYA
13:54 25.02.2025
280
Konqo Demokratik Respublikasında naməlum xəstəlikdən 53 nəfər ölüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bildiriblər ki, əksər hallarda simptomların başlaması ilə ölüm arasındakı vaxt 48 saatdır ki, bu da narahatlıq yaradır.
 
Bölgədəki həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yanvarın 21-dən yayılmağa başlayan xəstəlikdən 53 nəfər ölüb, ümumilikdə 419 nəfər aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı ilk epidemiyanın Boloko şəhərində yarasa dişləməsi və hemorragik qızdırma əlamətləri göstərən 3 uşağın 48 saat ərzində ölməsindən sonra başladığını, ikinci epidemiyanın isə fevralın 9-da Bomate qəsəbəsində baş verdiyini açıqlayıb.

Qeyd edək ki, ölkənin fərqli bölgəsində onlarla insanın ölümünə səbəb olan müəmmalı qripə bənzər xəstəliyin malyariya olduğu bildirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR