Bu ölkədə narkotik istifadəçilərinin sayı durmadan artır

Bu ölkədə narkotik istifadəçilərinin sayı durmadan artır
DÜNYA
15:24 11.11.2022
232
Almaniyada ötən il 1826 nəfərin narkomaniyadan öldüyü və narkotik ticarətinin artdığı bildirilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Federal Kriminal Polis İdarəsindən (BKA) verilən məlumata görə, Ekvadordan dəniz konteyneri ilə gələn bananların arasında gizlədilən 635 kiloqram kokainin götürüldüyünü bildirilib.

BKA bildirib ki, 2021-ci ildə təxminən 56 min narkotik ticarəti cinayəti qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 2,9 faiz artım deməkdir.

Açıqlanan məlumatlara görə, ötən il 1520-si kişi, 306-sı qadın olmaqla 1826 nəfər narkomaniyadan dünyasını dəyişib. Bu, illik 15,5 faiz artıma uyğundur.

Bildirilib ki, 2017-ci ildən etibarən ölkədə narkotiklərlə bağlı ölüm halları və narkotik vasitələrin qanunsuz dövriyyəsi hallarının sayı durmadan artıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR