Yaponiyanın Rəqəmsal Transformasiya Nazirinin robotu hazırlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada bir qrup alim Rəqəmsal Transformasiya Naziri Kono Taronun robotunu hazırlayıb.
Yaponiyanın Osaka Universitetinin professoru İşiquro Hiroşinin rəhbərlik etdiyi layihədə dövlət dəstəyi ilə istehsal edilən avatar robotun gözləri, ağzı və oynaqları daxil olmaqla 52 bədən hissəsi uzaqdan idarə oluna bilir.
Əsl səsindən istifadə edərək robotu vasitəsilə danışa bilən Kono təqdimat mərasimində robotunu uzaqdan idarə edib.
Ayşən