Fransada pensiya yaşını mərhələli şəkildə artırmaq məqsədi daşıyan pensiya islahatına qarşı çıxanların nümayişlərində zorakılıq günü-gündən artır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Parisdə keçirilən nümayişlər zamanı 120 nəfər saxlanılıb.
Fransanın baş naziri Elizabet Bornenin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahatla bağlı qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra islahatların əleyhdarları Parislə yanaşı, ölkənin müxtəlif şəhərlərində də küçələrə axışıb.
İslahat əleyhinə minlərlə insan Parisdə, Milli Assambleyaya yaxın Konkord meydanında toplaşıb. Polislə nümayişçilər arasında gərgin anlar yaşansa da, meydandan evakuasiya edilən nümayişçilər ara küçələrə dağılıb.
Nümayişçilər avtomobilləri və bəzi ictimai əmlakı, eləcə də günlərlə Paris küçələrində təmizlik işçilərinin tətili nəticəsində yığılan zibilləri yandırıblar.
Yerli medianın məlumatına görə, Nant, Lion və Renn kimi müxtəlif şəhərlərdə küçələrdə gərginlik yaşanır.
Gülay