Bu ölkədə qaçqınların sayı 10 milyona çatdı

Bu ölkədə qaçqınların sayı 10 milyona çatdı
DÜNYA
19:59 27.01.2024
180

Ukraynada müharibə səbəbindən 10 milyona yaxın ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb. Onlardan təxminən 6,3 milyonu xaricə gedib, daha 3,7 milyonu Ukraynanın başqa bölgəsinə köçüb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Bildirilib ki, ukraynalı qaçqınların 47 faizi qadınlar, 33 faizi isə uşaqlardır.

O da vurğulanıb ki, təşkilatın Qaçqınlarla iş üzrə agentliyi 27,5 mindən çox evin bərpasına kömək edib.

OXŞAR XƏBƏRLƏR