Yeni Zelandiyada ilk dəfə qadın deputatların sayı kişiləri üstələyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yeni Zelandiya tarixində ilk dəfə qadın deputatların sayı kişilərin sayını üstələyib.
Belə ki, keçmiş parlament sədri Trevor Mallard İrlandiya səfiri olmaq üçün parlamenti tərk etdikdən sonra İşçi Partiyasından olan Soraya Peke-Masonun parlamentdə and içməsindən sonra qadın deputatların sayı kişi deputatların sayını üstələyib.
Parlamentdəki son dəyişikliklərdən sonra qadın deputatların sayı 60, kişilərin sayı isə 59 olub.
Peke-Mason jurnalistlərə açıqlamasında "Düşünürəm ki, bu gün mənim üçün özəl, eyni zamanda Yeni Zelandiya üçün tarixi bir gündür”, - deyə bildirib.
Ayşən