Küveyt Apellyasiya Məhkəməsi ölkədə böyük əks-səda doğuran və ötən il qaçırıldıqdan sonra öldürülən Fərəh Əkbərin qətlində şübhəli bilinən şəxsin ömürlük həbs cəzası verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Küveytdə nəşr olunan "Əl-Kəbas” qəzetinin saytında yer alan xəbərdə Apellyasiya Məhkəməsinin ölkə tarixinin ən vəhşi qətli törədən qatilin ömürlük həbs cəzasını edam cəzası ilə dəyişdirdiyi bildirilib.
Ötən il qaçırıldıqdan sonra öldürülən Fərəh Əkbərin qətlinin "Küveyt cəmiyyətini sarsıtdığı" bildirilən xəbərdə Apellyasiya Məhkəməsinin qətl şübhəlisinə edam hökmü çıxardığı bildirilib.
Məlumata görə, Əkbərin qətli Küveytdə daha əvvəl qadınlara qarşı törədilən cinayətləri gündəmə gətirərək cəmiyyətdə böyük reaksiyalara səbəb olub.
Ölkədəki bəzi qadın təşkilatlar qətl şübhəlisinə ölüm hökmü tələbi ilə nümayişlər keçirib.
Küveytin Daxili İşlər Nazirliyindən o zaman verilən yazılı açıqlamada qətl şübhəlisinin qısa müddətdə tutulduğu və cinayətini etiraf etdiyi bildirilib.
Mikayıl