Bu ölkədə qadınlar kişilərə zülm edirlər - FOTO

DÜNYA
13:53 28.03.2014
4262
Keniyanın paytaxtı Nayrobidəki Gender Bərabərliyi Təşkilatının yaydığı hesabata görə, 40 milyon əhalisi olan ölkədə 2,1 milyon kişiyə qadınlar zülm edirlər. Bu kişilər qadınlar tərəfindən fiziki, cinsi və psixoloji zəmində istismarlara məruz qalırlar.
Tanınmış keniyalı sosioloq Ndiritu Njokanın rəhbərlik etdiyi qrupun hazırladığı hesabatda sözügedən istismarın 90 faizinin fiziki zəmində olduğu vurğulanır.
"Başlıca səbəblər keniyalı kişilər arasında işsizlik səviyyəsinin yüksək olmasıdır. Bundan başqa, keniyalı kişilər qocalanda arvadlarından asılılığı daha da artır", - N.Njoka bildirib.
İstismarın digər növləri xəyanət, iqtisadi istismar, kişilərin ev işləri görməyə vadar edilməsi, uşaqlara baxmağa məcbur olunması və s.-dir.
Keniyada müsəlmanların yaşadıqları Mombasa, Kiambu, Nyeri və Kirinyay kimi bölgələrdə qadınların istismarına məruz qalan kişilərin sayı ölkənin digər əyalətləri ilə müqayisədə xeyli azdır.(milli.az)
OXŞAR XƏBƏRLƏR