Bu ölkədə qadınlara qarşı zorakılığı təbliğ edən mahnılar qadağan edilib

Bu ölkədə qadınlara qarşı zorakılığı təbliğ edən mahnılar qadağan edilib
DÜNYA
20:32 02.08.2023
220
Meksikada qadınlara qarşı zorakılığı təşviq və təbliğ edən mahnıların musiqi tədbirlərində səsləndirilməsi qadağan edilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Meksikanın Çihuahua şəhərində canlı musiqi məkanlarında qadına qarşı zorakılığı təbliğ edən mahnıların ifa edilməsi qadağan edilib.
 
Qadağaları pozan məkan sahibləri və müğənnilərə cərimələr tətbiq ediləcək. 
 
Şəhərdə qəbul edilən qadağa qərarı bələdiyyənin təşkil etdiyi və nəzarət etdiyi tədbirlərə şamil ediləcək. 

Şəbnəm
OXŞAR XƏBƏRLƏR