Suriyadakı cihad döyüşçülərinin islamın sünni təriqətinə aid olmayan qadınları zorlaya bilməsi ilə bağlı sələfi şeyxi Yasir əl-Aclani internətdə video vasitəsilə fətva verib.Youtube video portalına yüklənən video çıxışda şeyx hətta həmin qadınları “malk al-yamin” ( seks qulu) da adlandırıb.
Yasir Əl-Aclavni İordaniyada doğulsa da, 17 ildir Suriyada yaşayır. Əvvəllər oxşar fitvanı Səudiyyə Ərəbistanından olan dindar Muhammed-al-Arifi də vermişdi.
Həmçinin onu da qeyd edək ki, bu yaxınlarda radikal İslam təşkilatı olan Minbar-Al-Tuahid Val-Cihad şəriət şurasının üzvü Əbu Humam Al-Atarinin fitvasını yaymışdı. O digər inanclı qadınların oğurlanması və zorlanmasına icazə verildiyini söyləmişdi.