Bu ölkədə qızların universitetə getməsinə qadağa qoyuldu

Bu ölkədə qızların universitetə getməsinə qadağa qoyuldu
DÜNYA
00:19 22.12.2022
350
Əfqanıstanda qızların orta məktəbdə təhsil almasına qadağa qoyulduqdan sonra onların universitetə ​​getməsi də rəsmən qadağan edilib. 

AZXEBER.COM xəbər verir ki, Əfqanıstan Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Zeiyaullah Haşimi bu barədə sosial media hesabında məlumat verib.  

Əfqanıstanın bütün dövlət və özəl universitetlərində dərc edilən qərarda deyilirdi: "Nazirlər Şurasının qərarına əsasən, qızların təhsili ikinci əmrə qədər dayandırılıb”.

Qərardan əvvəl universitetlərdəki qız tələbələr kişi tələbələrdən ayrı oturmaq və müəyyən geyim qaydalarına uyğun geyinmək şərti ilə dərslərdə iştirak edə bilərdilər.

Aydın

OXŞAR XƏBƏRLƏR