Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd İşləri Departamenti quş qripi səbəbilə noyabrın 7-dən etibarən bütün ev quşları və qəfəsli quşların qapalı yerlərdə saxlanmalı olduğunu elan edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə fermalarda və çöl quşlarında quş qripi aşkar edildikdən sonra epidemiya ilə mübarizədə ölkə daxilində tədbirlər gücləndirilib.
Departamentdən verilən açıqlamada bütün ev quşları və qəfəs quşları üçün məcburi məskunlaşma tədbirlərinin alındığı bildirilib.
Quş qripi epidemiyası ilə mübarizə çərçivəsində ölkə daxilində bütün ev quşlarının və qəfəsli quşların 7 noyabr tarixindən etibarən qapalı şəraitdə saxlanması lazım olduğu açıqlanıb.
Bildirilib ki, hazırda ölkənin cənubundakı Suffolk, Norfolk və Esseksdə qüvvədə olan tədbirlər noyabrın 7-dən bütün İngiltərəni əhatə edəcək.
Aydın