Dünyanın ən böyük toyuq əti ixracatçısı olan Braziliya quş qripinin yayılmasından narahatdır.
AZXEBER.COM "BBC”yə istinadən xəbər verir ki, Braziliyada quş qripinə yoluxma hallarından sonra ölkədə heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edilib.
Braziliyanın Kənd Təsərrüfatı Naziri Carlos Favaro xüsusilə Espirito Santo və Rio-de-Janeyro əyalətlərində vəhşi quşlarda çox sayda quş qripi hadisəsi aşkar edildikdən sonra ölkədə 6 aylıq heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri qeyd edib ki, yoluxmalar Braziliyanın cənubundakı istehsal sahələrindən uzaqda müşahidə olunub.
Ayşən










































