Bu ölkədə şagirdlərə “Sevgililər Günü”nü qeyd etmək qadağan edildi

Bu ölkədə şagirdlərə “Sevgililər Günü”nü qeyd etmək qadağan edildi
DÜNYA
10:49 12.02.2023
276

İndoneziyanın Qərbi Yava əyalətinin Depok şəhərinin Təhsil Departamenti təhsil müəssisələrinin şagirdlərinə "Sevgililər Günü” kimi tanınan Müqəddəs Valentin Gününü qeyd etməyi qadağan edib.

Şəhərin təhsil idarəsi katibinin sözlərinə görə, hakimiyyətin təşəbbüsü şagirdlərin İndoneziya cəmiyyətinin sosial, mədəni və dini normalarına zidd fəaliyyətlərlə məşğul olmasının qarşısını almaq məqsədi daşıyır.

Xatırladaq ki, İndoneziyada əhalinin 88%-i İslam dininə etiqad edir.
OXŞAR XƏBƏRLƏR