Bu ölkədə saqqalla bağlı qanun çıxdı

DÜNYA
14:49 23.11.2012
1919
Əhalisinin 92 faizi müsəlmanlar olan Tacikistanda rəsmi strukturlar bu qərarı ölkədə radikal islamçılığın qarşısını almağa yönəlmiş addımlardan biri sayırlar.AZXEBER.COM-un Asia Times-a istinadən bildirir ki, Tacikistanın İslam Mərkəzi Üləmalar Şurası ölkədəki hənəfi məzhəbinə mənsub olan kişilərin saqqal saxlamaları, habelə də qadınların başlarını örtmələri ilə bağlı normaları müəyyənləşdirib.Üləmalar Şurasının qəbul edərək təsdiqlədiyi yeni normalara görə, ölkədəki müsəlman kişilərin saqqalınun uzunluğu onun yumruğu boyda ola bilər.Qadınların paltarları isə xanımın üzü, əl və ayaqlarından sayı, hər yerini qapatmalıdır.Orta və ali təhsil müəssisələrində çalışan kişilərin saqqalının uzunluğu isə 3 sm-dən artıq ola bilməz.

OXŞAR XƏBƏRLƏR