Bu ölkədə səhiyyə sistemi çökdü - Hamilə qadınlar çox çətin şərtlərlə doğuş edirlər

Bu ölkədə səhiyyə sistemi çökdü - Hamilə qadınlar çox çətin şərtlərlə doğuş edirlər
DÜNYA
17:05 22.09.2021
1333
"Taliban" Əfqanıstanı ələ keçirdikdən sonra xarici ölkələr yardım göndərməyi ləğv ediblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, nəticədə ölkədə genişmiqyaslı səhiyyə böhranı yaşanır. Hamilə qadınlar da qida çatışmazlığı səbəbindən çətin şərtlərdə doğurlar.

Hamilə qadınlar hazırda ölkədə ən böyük problemlə üzləşirlər. Minlərlə qadın ağrıkəsicilər, yatacaq yerləri və yeməkləri olmadığı haıda körpələrini dünyaya gətirməyə çalışırlar.

Misal üçün, Rabia adlı bir hamilə qadın Əfqanıstanın şərqindəki Nangarhar əyalətində kiçik bir xəstəxanada doğuş edib.
 
Uşağı qucağına alaraq "Bu mənim üçüncü doğumumdur, amma tamamilə fərqli bir təcrübə idi, qorxunc idi" deyir. Bir neçə həftə ərzində Rabianın doğduğu klinika dəyişib. Ağrı kəsicilər, dərmanlar və yemək verilməməyə başlayıb. İstiliyin 43 dərəcəyə çatdığı mühitdə elektrik kəsilməsi və generatorları işə salmaq üçün yanacaq olmaması səbəbindən ventilyasiya işləmir.

Qaranlıqda cib telefonu işığı ilə doğuşa kömək edən tibb bacısı Abida "Duş qəbul etdiyimiz kimi tərləyirik" deyir. "Bu, peşə həyatımın ən pis təcrübəsi idi. Çox çətin idi. Amma Taliban hakimiyyətə gəldikdən sonra hər gün və hər gecə belədir", - deyə o əlavə edir. Rabianın sağlam doğuşdan sonra sağ qalması böyük şansdır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Əfqanıstan dünyanın ən çox ana və körpə ölüm nisbətinə sahib ölkədir. Hər 10.000 doğuşa 638 qadın ölür. "Taliban"ın gəlişi ilə dondurulan beynəlxalq yardım və "Taliban" tərəfindən qadın tibb işçilərinin və ümumiyyətlə qadınların fəaliyyətinə qoyulan məhdudiyyətlər böhranı daha da dərinləşdirir.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR